Türkiyə 2022-ci ilin iyul-noyabr aylarında Rusiya buğdasının idxalında birinci yeri tutub – onun həcmi 3,6 milyon ton təşkil edib.

Bunu “Rusaqrotrans” ASC-nin analitik mərkəzinin rəhbəri İqor Pavenski bildirib.

İnterfaks xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə göstəricinin demək olar ki, dəyişmədiyi dəqiqləşdirilib.

Bir il əvvəl İran 3,7 milyon ton buğda ilə lider idisə, bu il İslam Respublikası 1,7 milyon tonla üçüncü yerdə, Misir isə 3,1 milyon ton idxal edərək ikinci yerdədir ki, bu da bir il əvvəlki göstəricidən 12% çoxdur.

Qeyd edək ki, Azərbaycan da buğda idxalatçısıdır. Lakin 2022-ci ildə ölkəmiz bu ölkədən idxalı azaldıb, əvəzində isə Qazaxıstandan daha çox buğda gətirilib.

Bu ilin iyul ayının 1-dən noyabrın 1-dək Qazaxıstandan Azərbaycana taxıl ekvivalentində 79.1 min ton buğda və un idxal edilib.

Bu barədə Qazaxıstanın yerli mətbuatı ölkənin Kənd Təsərrüfatı Nazirliyinin “Ərzaq Müqavilə Korporasiyası”na istinadən yazır.
Qeyd olunur ki, hesabat dövründə Azərbaycana ixracın həcmi ötən ilin müvafiq göstəricisini 62.3 min ton və ya 4.7 dəfə üstələyir.
Bu kateqoriyadan olan məhsulların idxalının həcmini xeyli artıran 3 əsas ölkənin adı çəkilir. Belə ki, siyahıda Azərbaycanın adı 3-cü yerdə qərarlaşıb.

Qeyd olunan dövrdə Qazaxıstan Azərbaycana 79.1 min ton (16.8 min tona qarşı) taxıl ekvivalentində buğda və un ixrac edib.

Ümumilikdə isə ölkəmizə 9 ay ərzində idxal edilən buğdanın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Belə ki, cari  ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 262 066,4 ABŞ dolları dəyərində 744 200,35 ton buğda idxal edilib. Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 43,4%, həcmi isə 7,9% artıb.

Xatırladaq ki, Azərbaycan əhalinin buğdaya olan təlabatının 40-45%-ni idxal hesabına ödəyir.

Y.MƏMMƏDLİ

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN