Avropa Komissiyası Rusiyanın Ukraynaya qarşı  müharibəsi zamanı zədə almış məktəblərin yenidən qurulması və bərpası üçün Ukrayna büdcəsinə 66 milyon avro köçürüb.

Bu barədə  Qonşuluq Siyasəti Baş Direktorluğunun direktor müavini Katarina Maternova bildirib.

Qeyd edək ki, dekabrın 16-da Avropa Komissiyası və Ukrayna hökuməti arasında Rusiyanın hücumu nəticəsində zədələnmiş məktəb obyektlərinin yenidən qurulması və bərpası üçün 100 milyon avro dəyərində dəstək paketi imzalanıb.

Paket pəncərələrin, damların, qapıların, santexnika və istilik qurğularının təmiri, sinif otaqları və bomba sığınacaqları üçün avadanlıq da daxil olmaqla, yüngül və orta təmir üçün 34 milyon avro təmin edir.

66 milyon avronun birbaşa Ukrayna hökumətinə büdcə dəstəyi kimi verilməsi planlaşdırılır.

***

Məlumatlara görə, Rusiyanın zərbələri nəticəsində indiyədək Ukraynada 2800-dən çox təhsil müəssisəsi zədələnib və ya dağıdılıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Müharibə isə bu günədək davam edir...

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN