Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 99 899,56 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12 069,2 min dollar və ya 13,7 faiz artıb.
Cari ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 3 338,19 min dollar və ya 42,2 faiz artıb. Noyabrda ölkəyə 11 249,82 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, bu ilin ilk 11 ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,78 faizə bərabər olub.