G7 ölkələri Rusiyadan gələn neft məhsulları üçün iki qiymət tavanı təyin etməyi planlaşdırır - tədbir fevralın 5-dən qüvvəyə minir.

Bu barədə “Reuters” G7-nin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Qrup neftə endirimlə satılan neft məhsulları üçün bir tavan və mükafatla satılan neft məhsulları üçün ikinci tavan tətbiq etməyi düşünür.

“Reuters” agentliyinin mənbəsi izah edib ki, neft məhsullarının maya dəyərinin məhdudlaşdırılması neftin qiymət tavanından daha mürəkkəb prosedurdur. Bu onunla bağlıdır ki, neft məhsullarının bir neçə növü var və onların dəyəri çox vaxt istehsal olunan ölkədən deyil, alındığı yerdən asılıdır. Məsələn, dizel və kerosin tarixən xam neftdən daha çox satılıb, mazut isə daha ucuz alınıb, ona görə də blok tədbirləri müəyyənləşdirməyə çalışır.

G7 ölkələri, Avropa İttifaqı, Avstraliya, Norveç və İsveçrə Rusiya neftinin dəniz tədarükü üçün tavan qiymət həddini 60 dollar/barel səviyyəsində müəyyən edib. Məhdudiyyətlər 5 dekabr 2022-ci ildən qüvvədədir. Tətbiq olunan tədbir fonunda Rusiyanın Urals nefti kəskin ucuzlaşıb - məsələn, yanvarın 6-da Primorskda daşınma ilə yanacağın bir bareli 37,80 dollara satılıb. Bundan əvvəl “Kommersant” yazıb ki, xammalın dəyəri bir barel üçün 50,5 dollardan aşağı qalsa, ölkənin federal büdcəsi gəlirlərin kəskin azalması təhlükəsi ilə üzləşəcək.

Bütün bunların fonunda Rusiya Energetika Nazirliyi Rusiya neftinə endirimin məhdudlaşdırılması üçün əlavə tədbirlərin görüləcəyini istisna etmir. Departament söz verib ki, yaxın vaxtlarda ətraflı məlumat dərc olunacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN