Polşa Azərbaycan qazının tədarükünün şaxələndirilməsində çox maraqlıdır, xüsusən də bizim Rusiya qazından imtina etdiyimiz bir vaxtda. Azərbaycan qazı artıq Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqının ərazisinə verilir. Bu dəhliz Avropa, eləcə də Polşa üçün çox vacibdir.

Bu fikri polşalı iqtisadi ekspert, Varşava Vistula Universitetinin dosenti, media eksperti, Varşavadakı VISTULA Biznes və Maliyyə Akademiyasının üzvü Piotr Kostinski Azərbaycan və Polşa arasında iqtisadi əlaqələrin inkişaf perspektivlərindən danışarkən bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə Avropa ilə Asiya arasında bir çox ənənəvi nəqliyyat marşrutlarını sıradan çıxardıb. Süveyş kanalından keçən dəniz yolu uzun, Afrika ətrafından keçən yol isə ondan da uzundur.

"Ona görə də Azərbaycanın yeni nəqliyyat dəhlizlərinin tikintisində böyük, əhəmiyyətli rol oynamaq imkanı var və Polşa burada Azərbaycanla əməkdaşlıq edə bilər. buna Varşavada keçirilmiş “Azərbaycan Respublikasının Ələt Azad İqtisadi Zonasında biznes imkanları” mövzusunda görüş kimi hadisələr kömək edir", -deyib.

Ekspert, həmçinin diqqətə çatdırıb ki,  qarşılıqlı investisiyalar hələ müəyyən hədd daxilində olsa da, bu sahəyə maraq artır.

“Qeyd edək ki Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 11 ildir Mərkəzi və Şərqi Avropadan startap istedadlarını cəlb edən “Startup Hub Poland” fondu ilə bu yaxınlarda əməkdaşlıq memorandumu imzalayıb. Bu tədbir Vişeqrad qrupunun (Polşa, Çexiya, Slovakiya, Macarıstan) fəaliyyətinin bir hissəsidir”, - deyə vurğulayıb.

Həmçinin qeyd edib ki, belə tədbirlər zamanı Azərbaycandan olan 80 startap Vişeqrad qrupuna daxil olan ölkələrlə, həmçinin ABŞ, Ukrayna və Türkiyə ilə investisiya zəncirini genişləndirə bilər və sadəcə, bu imkanlardan ağıllı istifadə etməliyik.

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN