Artıq yanvar ayını geridə buraxmışıq, lakin pensiyalar indeksləşdirilərək artırılmayıb. İnsanların çoxunu bu usual narahat edir: Pensiyalar nə zaman artırılacaq?

***

Millət vəkili, iqtisadçı Vüqar Bayramov bir neçə gündür sosial şəbəkə vasitəsi ilə ona ünvanlanan bu qəbildən olan çoxsaylı sualları cavablandırıb.

 O, bəyan edib ki,  pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir.

“Belə ki, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur. Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir. Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Əmək haqqıdakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır”, -deyə cavab verib.

Onun sözlərinə görə, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan edəcək və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq.

Millət vəkili diqqətə çatdırıb ki, bu baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması, heç də pensiyaların artırılmayacağı anlamına gəlməməlidir.

O, izah edib ki, Sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək.

“2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar”, -deyə Vüqar Bayramov əlavə edib.

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN