İtaliya Azərbaycandan qaz idxalının artırılmasında maraqlıdır.

Tezadlar.az xəbər verir ki, bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin fevralın 3-də Azərbaycanın Prezidenti İlham Əliyevin qəbulunda çıxışı zamanı bildirib.

İtaliyalı nazir qəbula görə təşəkkürünü bildirib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Nazir ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını deyib.

Cilberto Piketto Fratin yaxın gələcəkdə TAP layihəsinin ötürücülük qabiliyyətinin artırılmasının əhəmiyyətini qeyd edib, İtaliyanın Azərbaycandan qaz idxalının artırılmasında maraqlı olduğunu bildirib. Qonaq Azərbaycanın böyük bərpaolunan enerji potensialına malik olduğunu deyərək İtaliya şirkətlərinin gələcəkdə bu sahədə də ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN