Mallar üçün sertifikatları tez əldə etməyə “kömək edən” 30-dan çox internet resursu bağlanıb.
Bu barədə Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyinin (TİN) Texniki Tənzimləmə və Metrologiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, sosial şəbəkələrdə malların sertifikatlarını tez bir zamanda əldə etməyə “kömək edən” xidmət haqqında məlumat yayılıb. Uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi məhsulun təhlükəsiz olduğunu təsdiqləyir. Sertifikatı olmayan məhsul vətəndaşların sağlamlığı üçün təhlükəli ola bilər.
"Onlar akkreditə olunmuş sertifikatlaşdırma orqanları tərəfindən verilir. "Reklam haqqında" Qanunla akkreditasiya olmadan belə "vasitəçi" xidmətlərin reklamı açıq şəkildə qadağandır. Buna görə də QA TİN-in Texniki Tənzimləmə və Metrologiya Komitəsi bu cür saytların mövcudluğuna daim nəzarət edir və belə saytların bloklanması üçün İnformasiya və İctimai İnkişaf Nazirliyinə məlumat göndərir”, - deyə komitə sədri Kuanış Yelikbayev qeyd edib.
Belə saytlar adətən Aİİ-də üzv olan qonşu ölkələrdən birində qeydiyyatdan keçmiş “sertifikatları” reklam edirlər.
Nazirlikdən, həmçinin bildirilib ki, ötən ilin avqust ayından 40 belə sayt aşkar ediblər və onlardan 33-ü artıq bloklanıb, bəziləri isə prosesdədir.
Sonda bu məsələyə etinasız olmayan bütün vətəndaşlardan xahiş edilib ki, bu cür "köməkçilər” varsa, Komitə ilə əlaqə saxlasınlar.
JASMİN