Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Azərbaycanın sədrliyi dövründə Qoşulma Hərəkatının daha aktiv şəkildə regional və qlobal proseslərə təsiri müşahidə olunmaqdadı.

Bu fikri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

O, xatırladıb ki, QH 120 dövləti birləşdirən hərəkat ölkələrin bir yerdə cəmləşdiyi ən böyük qrupdur. “Bu, BMT-dən sonra qlobal olaraq ikinci ən böyük təşkilat hesab olunur. BMT üzvlərinin 2/3-nün birləşdiyi hərəkat dünya əhalisinin 55.0 faizini özündə cəmləşdirib”,- o, deyib.

İqtisadçı, həmçinin QH-na üzv dövlətlərin ildə 15 trilyon dollarlıq ÜDM formalaşdırmasına, bu məbləğin dünya iqtisadiyyatının 15%-ni təşkil etməsinə, Azərbaycanın sədrliyi dövründə göstərdiyi idarəçilik qabiliyyətinə də diqqət çəkib. 

“Hərəkata üzv olan dövlətlərdə il ərzində 15.0 tirlyon dollar yaxın ÜDM formalaşdırlır. Bu qlobal iqtisadiyyatın 15.0 faizindən çoxu deməkdir. Ötən il hərəkata üzv dövlətlərin 4.5 tirlyon dollardan çox ixracatı olub. Azərbaycanın hərəkatın fəaliyyətində fəal iştirakı və aktiv sədrliyi, həmçinin ölkəmizin geo-siyası mövqeyinin daha da güclənməsinə şərait yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin son zirvə görüşündəki çıxışı hərəkat vasitəsi ilə BMT və eləcə də Bretton-Vuds qlobal idarəetmə sistemində yeni təkmilləşdirməyə ehtiyacın olması və dəyişikliklərin necə aparılması ilə bağlı konkret istiqamətlərin təqdimatına imkan yaratdı. Ölkəmizin sədrliyi bir daha təsdiq etdi ki, Azərbaycan nəinki qlobal təşkilatlarda fəal iştirak edən, hətta bu qurumların idarəedilməsində də aktiv mövqeyə malik olan dövlətlərdəndir”, -deyə qeyd edib.

Xatırladaq ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın Vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri və digər şəxslər iştirak ediblər. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb.

Və üzv dövlətlərin yekdil rəyinə əsasən, Azərbaycanın bu təşkilata sədrliyi  2023-cü ilin sonuna kimi uzadılıb. Bu isə ölkəmizə göstərilən yüksək etimadın təzahürüdür.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN