Cari ilin 25-28 fevral tarixlərində Rusiya Federasiyasının Rostov vilayətindən Azərbaycana ixrac üçün nəzərdə tutulan 5 ton quş əti partiyasına nəzarət tədbirləri keçirilib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Qeyd edilir ki, məhsul baytarlıq və sanitariya baxımından təhlükəsiz sayılıb və idxal edən ölkənin tələblərinə tam cavab verir. Onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının nəticələri ilə təsdiqlənib.