Ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərdə BMT-nin  zəif inkişaf etmiş ölkələrlə bağlı beşinci konfransının açılışındakı  çıxış zamanı qeyd edib ki,

Türkiyə və BMT ”Taxıl Sazişi” ilə bağlı razılaşmanın genişləndirilməsi və problemsiz həyata keçirilməsi üçün çox çalışır.

O, diqqətə çatdırıb ki, Türkiyəli nazir və BMT-nin baş katibi Antonio Quterreş bir gün əvvəl, martın 4-də İstanbulun təşəbbüsünün uzadılmasını müzakirə ediblər.

Xatırladaq ki, Qara dəniz taxıl müqaviləsi martın 18-də başa çatır.

Rusiya məsələ ilə bağlı dəfələrlə qeyd edib ki, Qara dəniz dəhlizi ilə ixrac olunan taxılın böyük hissəsi ehtiyacı olan ölkələrə yox, Avropa bazarına çıxır. Rusiya və Türkiyə Afrika ölkələrinə birgə və pulsuz taxıl tədarükü barədə razılığa gəliblər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Rossiya 1” kanalına verdiyi müsahibədə diqqətə çatdırıb ki, Moskva martın 18-dən sonra taxıl sazişinə qayıtmağa hazırdır, ancaq sazişdəki digər tərəfdaşlar Rusiya qarşısında öhdəliklərini yerinə yetirməlidirlər. Zaxarova vurğulayıb ki, Rusiya Qərb ölkələrinin razılaşmalarının sabotajına dözməyəcək.

Qeyd edək ki, müddəti martın 18-də başa çatmalı olan müqavilə ilə bağlı iki həftə əvvəl,  Rusiya Xarici İşlər Nazirliyi qərb iştirakçılarının Avropa limanlarında Rusiya tədarükünü əngəlləyən sövdələşməni sabotaj etməsi ilə bağlı bəyanat yayıb. Bu baxımdan, hələ müddət başa çatmamış taxıl sövdələşməsinin fəaliyyətini dayandırdığı vurğulanmışdı.

Göründüyü kimi, Rusiya  “Taxıl sazişi”ni davam etdirə bilər, lakin onun da qərb qarşısında tələbi və şərti var... Hansı ki, həmin taxıla dünyanın neçə-neçə ölkəsində hava-su kimi ehtiyac var.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN