Təkər və avtomobil hissələrinin istehsalı ilə məşğul olan Almaniyanın “Continental” şirkəti “Rusiya bazarından nəzarətli çıxış üçün səylərini davam etdirdiyini” bildirib.

Bu barədə çərşənbə günü istehsalçının saytında dərc olunmuş press-relizdə məlumat verilib.

Şirkətdən verilən məlumata görə, bu qərara səbəb Ukraynadakı vəziyyətdir.

8 mart 2022-ci ildə “Continental” Rusiyada istehsalın və biznesin dayandırıldığını elan etdi. Söhbət ilk növbədə Kaluqadakı zavodda təkər və komponentlərin istehsalından gedirdi. Bundan əlavə, şirkət öz məhsullarının Rusiya Federasiyasına ixracını dayandırıb. Daha sonra “Continental” şirkəti Kaluqadakı zavodu yenidən açmaq qərarına gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN