Ukraynadakı münaqişə enerji baxımından Avropa iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edir. İtaliya hökuməti tədarükçüləri diversifikasiya etmək üçün səylər göstərib və qaz tədarük edən müxtəlif ölkələrlə yeni müqavilələr imzalayıb ki, bunların arasında, təbii ki, Azərbaycan önəmli yer tutur.

Bunu AK-ın kənar eksperti, italiyalı professor Raffael Marçetti deyib.

O, vurğulayıb ki, Cənub Qaz Dəhlizi qazın İtaliya və Avropa bazarına yenidən bölüşdürülməsi üçün vacib komponent olacaq, İtaliyada və Avropada qazın qiymətinin aşağı düşməsinə kömək edəcək.

***

Qeyd edək ki, 2020-ci ilin sonunda tam olaraq istismara verilmiş Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın önəmli enerji təminatçısı kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub.

Xatırladaq ki, İtaliya Azərbaycanın 1992-ci il yanvar 1-də tanıyıb və diplomatik əlaqələr də həmin ildən qurulub.

 İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir.

Həmçinin Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır. Bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə 3-cü yeri tutur.

İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto fevralın 3-də Azərbaycanın Prezidenti İlham Əliyevin qəbulunda çıxışı zamanı yaxın gələcəkdə TAP layihəsinin ötürücülük qabiliyyətinin artırılmasının əhəmiyyətini də qeyd edib, İtaliyanın Azərbaycandan qaz idxalının artırılmasında maraqlı olduğunu bildirib. Həmçinin o,  Azərbaycanın böyük bərpaolunan enerji potensialına malik olduğunu deyərək, İtaliya şirkətlərinin gələcəkdə bu sahədə də ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN