Rusiyanın Ukraynaya qarşı müharibəsi ölkənin turizm sektorunu da iflic vəziyyətə salıb...

Bu sırada Krım kimi dünyada məşhur kurort zonası indi yeknəsək haldadır. Krımın cəbhə xəttinə yaxınlıq, nəqliyyat problemləri, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin əks hücumu və s. vəziyyəti kritik edib. Bu səbəbdən nəinki ruslar, eləcə də başqa öılkələrdən  işğal olunmuş Krımda yay üçün otaq bron etməyə tələsmirlər. Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, Krımın Kiçik Mehmanxanalar Assosiasiyası bildirib ki, martın əvvəlinə yay üçün otaq fondunun yalnız 10 faizi orta hesabla bron edilib: Sevastopolda və Cənubi Sahildə səyahətçilər otaqların 15 faizini bron ediblər. Vı yarımadanın qərbində - 5 faizdən çox deyil.
“Azadlıq” radiosu xəbər verir ki, Krımda uşaq turizmi sahəsində də böyük uğursuzluq gözlənilir: fevralda uşaq səhiyyə müəssisələri üçün çeklərin cəmi 8 faizi satılıb. Çimərliklərdə ruslar tərəfindən müdafiə strukturlarının tikintisi Krımın populyarlığını heçə endirib. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, onların uzunluğu artıq 200 kilometrə yaxındır. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri cənubda əks-hücum əməliyyatına başlasa, Krım yayda daha da təhlükəli yerə çevrilə bilər. 

Beləliklə, müharibə özü ilə daha böyük problemləri daşıyır, çıxış yolu isə görünmür.
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN