TEZADLAR.AZ xəbər verir ki, bu ilin yanvar-mart aylarında ölkədə diri çəkidə 138,3 min ton ət, 501,4 min ton süd, 543,5 milyon ədəd yumurta və 94,0 min ton tərəvəz istehsal olunub.

 Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 14 faiz, tərəvəz istehsalı 0,1 faiz artıb.

Hesabat dövründə kənd təsərrüfatının ümumi məhsul istehsalında 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalında 3,5 faiz, bitkiçilik məhsullarının istehsalında isə 1,3 faiz artım qeydə alınıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN