Dünyanın əksər ölkələrində depozitlərin sığortalanması limitsiz həyata keçirilmir.

Bunu iqtisadçı Elman Sadıqov KİV-ə açıqlamasında bildirib.

O, qeyd edib ki,  bu, dövlət, eləcə də vətəndaşlar üçün çox böyük yük deməkdir.

“Çünki hər hansı bank batdıqda dövlət depozitlərə görə pulları haradan ödəyir? Əlbəttə ki, büdcədən. Həmin büdcə haradan formalaşır? Vergi ödəyicilərindən”,- deyə diqqətə çatdırıb.

İqtisadçı dünya təcrübəsindən sitat gətirərərk bildirib ki, depozitlərin sığortalanması halları nadirən baş verə bilir.

 “Vergi ödəyiciləri bəzi hallarda ödədikləri vergilərin bank depozitlərinə yönəldilməsinə etiraz edirlər. Ona görə də dünyada bütün depozitlərin sığortalanması təcrübəsi çox azdır. Bu yola istisna hallarda əl atılır. Məsələn, ölkəmiz 2015-2016-cı illərdə devalvasiya zamanı bu üsuldan istifadə elədi”, - Sadıqov izah edib.

İqtisadçı ölkə prezidenti İlham Əliyev tərəfindən depozitlərin hamısının sığortalanması ilə bağlı imzaladığı fərmanı, həmçinin həmin fərmanın müddətinin daha sonra bir neçə dəfə uzadıldığını da xatırladıb.

O, vurğulayıb ki, məhz həmin fərman sayəsində Azərbaycan təcrübəsində qoruma altında olub müştəriyə geri ödənilməyən əmanət olmadı.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN