ABŞ-da borc böhranı davam etsə də Ağ Ev ilə qanunverici orqanın ilkin razılıq əldə etməsi ilə bağlı mesajlar gəlməkdədir. 

Belə ki, ABŞ Prezidenti ilə Respublikaçı konqres Kevin McCarthynin hökumətin 31.4 trilyon dollarıq borc tavanının növbəti 2 il üçün uzadılması ilə bağlı razılığa yaxın olduğu bildirilir.

Bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov doların kursunun hansı tərəfə doğru dəyişilməsi məsələsini izah edərkən bildirib.

O, qeyd edib ki, 23.32 tirlyon dollarlıq nominal ÜDM ilə ABŞ dünyanın əsas iqtisadi gücü olaraq qalmaqdadır.

“Bu baxımdan, Birləşmiş Ştatlardakı borc problem qlobal iqtisadiyyata ciddi təsir göstərirdi. Doğrudur, dolların səbət valyutalara nisbətən məzənnəsində eniş müşahidə olunmurdu. Əksinə, dollar Avropa puluna nisbətən son həftə möhkəmlənmişdi”, - deyə V.Bayramov diqqətə çatdırıb.

Onun sözlərinə görə, borc razılığının əldə edilməsi dolların əsas valyutalara nisbətən yenidən güclənməsinə səbəb ola bilər.

 “Amma hələlik səbət valyutaların kurslarında ciddi volatillik gözlənilmir. Bununla belə, borc razılığı qlobal iqtisadiyyat üçün də yeni imkanlar yaradacaq”, - deyə bildirib.

 Qeyd edək ki, bu gün Moskva birjasında hərracların açılışında dolların rubla nisbətdə qiyməti azalmaqdadır.

Cümə günü ABŞ valyutasının dəyəri əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsi ilə müqayisədə 1,75 qəpik ucuzlaşaraq 80,15 rubl təşkil edib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN