Dövlət Gömrük Komitəsinin əməkdaşları yük maşınında gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlayıblar.

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü sifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. 

Gömrük baxışı zamanı isə avtomobilin salonunda, yataq yerinin yanındakı divar içliyində və dartıcının yan ciblərində gömrük nəzarətindən gizlədilən 260 ədəd dərman preparatı aşkar edilib. Faktla bağlı araşdırma aparılır. (DGK)

Qeyd edək ki, DGK əməkdaşları tez-tez gömrük nəzarətindən gizlədilən  müxtəlif növ mallar aşkarlayırlar. Malların gömrükdən gizlədilməsi məsələnin bir tərəfidir. Hələ gizlədilən çoxlu miqdarda, hətta satış məqsədi daşıyan dərman preparatlarıdırsa məsələnin ikinci bir tərəfi meydana çıxır: bu dərmanlar onların qorunma şərtinə əməl edilərəkmi ölkəyə gətirilirdi? Çünki dərman vasitələrinin effektivliyi onların düzgün saxlanmasından da asılıdır. Təsəvvür edin, hansısa xəstənin qəbul edəcəyi bu dərmanlar isti və qızmar yay günündə yük avtomobilinin divar içliyində və dartıcının yan ciblərində saxlanılıb. Bu dərmanlar onsuz da düzgün temperaturda saxlanmayıbsa, onlar yararlılıq müddəti bitmədən öz yararlılıqlarını itirmiş olurlar. Ən yaxşı halda dərman öz təsirini itirəcək, xəstəyə şəfası olmayacaq. Yaxud da bu preparatı istifadə edən şəxsə yeni problem yaradacaq.

Xatırladaq ki, hər bir dərman vasitəsinin üzərində saxlanma şəraiti qeyd olunur. Əksər dərmanların saxlanılması otaq temperaturunda (15-25°C) nəzərdə tutulur, bəzi hallarda 30°C. Və bəzi dərmanlar da var ki, saxlanması üçün xüsusi temperatur şəraiti tələb olunur.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN