booked.netbooked.net booked.net  

Qazaxıstan Azərbaycan bazarına dəyəri 304 milyon ABŞ dollarından çox olan 110 növ emal məhsulunun tədarükünü davam etdirir.

vergilər.az Qazaxıstan Respublikası Baş nazirinin rəsmi səhifəsinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşü zamanı deyib.

S.Jumanqarin xatırladıb ki, bu ilin aprelində Bakıya təşkil olunan işgüzar səfər çərçivəsində ümumilikdə 55 milyon dollarlıq ixrac müqavilələri bağlanıb. Əldə edilən razılaşmaların davamı olaraq, tərəflər “KazakhExport” SC-nin maliyyə və sığorta alətlərindən istifadə etməklə, 7 Qazaxıstan lokomotivinin Azərbaycana tədarükünü müzakirə edirlər.

“Qazaxıstan yüklərinin Azərbaycana çatdırılması üçün nəqliyyat xərclərini ödəyəcəyik. Biz öz tərəfimizdən ixracın təşviqi çərçivəsində Qazaxıstan istehsalçısına, idxalçılara bu sövdələşməni qarşılıqlı faydalı şərtlərlə bağlamağa kömək etməyə hazırıq”, - deyə S.Jumanqarin bildirib.

S.Jumanqarinin sözlərinə görə, Qazaxıstan Azərbaycandan ölkənin qərb rayonlarına meyvə və tərəvəz tədarükündə maraqlıdır. Bunun üçün Azərbaycan biznesi Aktau Dəniz Limanı Xüsusi İqtisadi Zonasının ərazisində yerləşən “Azərsun” İstehsalat və Logistika Mərkəzinin imkanlarından istifadə edə bilər.

 

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN