booked.net booked.net  

Qazaxstan Respublikasının Baş naziri Əlixan Smailovun sədrliyi ilə keçirilən iclasda bu ilin yanvar-may aylarında Qazaxıstanın inkişafının yekunlarına və respublika büdcəsinin icrasına baxılıb.

Bu barədə Hökumətin mətbuat xidməti məlumat yayıb.

Milli iqtisadiyyat naziri Alibek Kuantirov hesabat dövründə respublika iqtisadiyyatının 4,5% artdığını bildirib.

Baş nazirin müavini - maliyyə naziri Yerulan Jamaubayev də qeyd edib ki, 5 ayda dövlət büdcəsinə 8 trilyon tengedən çox gəlir daxil olub, plan 103 faiz yerinə yetirilib. O cümlədən, respublika büdcəsi 5,4 trilyon tenge (93,8%), yerli büdcələr 2,6 trilyon tenge (128,9%) doldurulub. Demək olar ki, bütün rayonlar üzrə gəlir planları artıqlaması ilə yerinə yetirilib. Eyni zamanda, dövlət büdcəsinin xərcləri 98,5 faiz, respublika büdcəsi 98,8 faiz, yerli büdcələrin xərcləri 98,9 faiz icra olunub.

Baş nazir vurğulayıb ki, beş ayın yekunlarına görə, respublika iqtisadiyyatının artımına əsas töhfəni emal sənayesi verir. Xüsusilə, maşınqayırmada - 32%, o cümlədən avtomobil sənayesində - 41%, yüngül sənayedə - 31% inamlı dinamika müşahidə olunur.

Xatırladaq ki, Qazaxıstan hökumətinin bir ay əvvəlki iclasında ölkə iqtisadiyyatının 5 faiz artımı qeyd olunmuşdu.

Qeyd edək Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda 2022-ci ildə 133.8 milyard manatlıq və ya hazırkı məzənnə ilə 78.71 mlrd. dollarlıq ümumi daxili məhsul istehsal olunmuşdurki, bu da əvvəlki illə müqayisədə 4.6 faiz çoxdur.

Əhalinin hər nəfərinə düşən ÜDM 13 min 292.2 manata bərabər olmuşdur.

2023-cü ilin yanvar-mart aylarında ölkədə 30 milyard 310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul (ÜDM istehsal olunmuşdur.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN