booked.net booked.net  

Rusiya son bir ildə inflyasiyanın öhdəsindən gəldi.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində keçirilən ənənəvi Sberbank biznes səhər yeməyində danışıb.

Oreşkin qeyd edib ki, hazırda Rusiyada inflyasiya 2,9% səviyyəsindədir.

"Böyük xərclərin əsas riski inflyasiyadır. Qarşımıza qoymalı və həll etməli olduğumuz əsas vəzifə inflyasiyanın artmaması üçün nə etməkdir. Çünki son bir ildə biz çox yaxşı iş görmüşük, indi bizdə 2,9% inflyasiya var" , - Rusiya prezidentinin köməkçisi bildirib.

İşgüzar səhər yeməyində Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov da iştirak edib. O qeyd edib ki, ölkədəki dövlət bankları aktiv şəkildə federal kredit istiqrazlarını almağa başlayıb. Onun sözlərinə görə, son hərraclarda kredit təşkilatları aşağı aktivlik nümayiş etdirib.

İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov bildirib ki, Nazirlər Kabineti yeni büdcə dövründə xərcləri prioritetləşdirməli və vəziyyət dəyişdiyindən büdcə qaydasının parametrləri məsələsinə qayıtmalı olacaq. Onun sözlərinə görə, bir-iki il əvvəl razılaşdırılmış parametrlərdə “biz bundan irəli getməyəcəyik”.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN