booked.net booked.net  

Vüqar Bayramov avtomobillərin utilizasiyası haqqında qanun layihəsinin müzakirəsi zamanı layihədə xeyli əksikliklər, qaranlıq və natamam məqamlar olduğunu bildirib.
*** 
Avtomobillərin utilizasiyasını nəzərdə tutan qanun layihəsinin Milli Məclisin 13 iyun 2023-cü il tarixli plenar iclasında müzakirəsi zamanı bir sıra təkliflərimi təqdim etdim.
Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər ilə layihəyə xeyili sayda yeni anlayışlar gətirilir, lakin razılaşmadığı məqamlar da var:
"Bununla yanaşı, birinci maddədə- “Əsas anlayışlar”da, nəinki utilizasiya üzrə operator və ya fond, hətta utilizasiya sözünün özü belə anlayış olaraq verilməyib. Halbuki dəyişikliyin ana xəttini məhz utilizasiya təşkil edir", - deyə bildirib.
Vüqar Bayramov təklif verib ki, gömrükdə ütilizasiya haqqı ödənilən avtomobillər üçün növbəti 2 ildə ödənişdən azad edilsin.
"Təklif edirəm ki, gömrükdə idxal zamanı utilizasiya haqqına cəlb edilən avtomobillər növbəti 2 ildə texniki baxışda utilizasiya ödənişindən azad olunsunlar.
“Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator” maddəsində operatorun dövlət və ya özəl, o cümlədən fiziki və ya hüquqi şəxs olması müəyyənləşmir. Bunun dəqiqləşdirilməsi və layihədə əks olunmasına ehtiyac var.
Layihədə qeyd olunur ki, operator nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə məşğul ola bilməz. Burada aydınlığa ehtiyac var. Operatorun fəaliyyəti utilizasiya prosesi ilə bağlıdır. Qeyd olunsun ki, birbaşa texniki utilizasiya ilə məşğul ola bilməz.
Hər il fevralın 20-dək icra hakimiyyətinin müəyyənləşdirdiyi orqana yazılı məlumat verir. Burada qeyd olunmalıdır ki, yazılı məlumat verir və şəffaflıq üçün ümumilləşdirilmiş məlumatları öz internet səhifəsində yerləşdirir. Eyni zamanda, elektronlaşmanı nəzərə alsaq məlumatın təqdimatını hər il birinci ayının sonuna müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı.
“Nəqliyyat vasitələrinin utilizasiyası fondunun yaradılması və fəaliyyəti” maddəsində maliyyə müstəqilliyi və gəlirlərin diversifikasiyası üçün bu maddədə “sifarişlər əldə edilməsinin” sözlərinin əlavə olunması ehtiyac var. Baxmayaraq qanunla qadağan edilməyən mənbələr qeyd edilib. Amma maliyyə diversifikasiyası üçün bunun ayrıca qeyd olunmasına ehtiyac var.
“Reysterin aparılması” maddəsində hüquqi şəxslər üçün tələb olunan məlumatlar da internet səhifəsi və ya ünvanının ayrıca qeyd olunmasına ehtiyac var. Şəffaflıq üçün bu məqsədəuyğundur", -deyə MM-də təkliflərini səsləndirib.
O, həmçinin diqqətə çatdırıb ki, layihədə sənədlərin sayı çoxdur, həmçinin avtomobillərin utilisaziya öncəsi uçotdan çıxarılma tələbinin də avtomobil sahibini xərcə salmaq deməkdir.
"Cənab Prezident tərəfindən Açıq hökumətin təşviqi ilə bağlı geniş paket təsdiq olunub. Bu layihədə tələb olunan sənədlərin sayı çoxdur, elektron sənədlərdən istifadə, inteqrasiya olunmuş məlumatların əldə edilməsi qeyd olunmalıdır.
Utilizatorların qeydiyyatın ləğv olunmasında hissəsində isə “öz öhdəliklərini yerinə yetirməmək” ayrıca qeyd olunmalıdır.
“Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi” maddəsində qeyd olunur ki, “Nəqliyyat vasitələri utilizaisya verilməmişdən öncə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır” tələbi avtomobil sahibinin deyil, operatorun səlahiyyətində olmalıdır. Çünki bu avtomobil sahibi üçün əlavə xərcdir və prosesə marağı azaldacaq. Eyni zamanda, bu tələb nəqliyyat vasitələri utilizasiyaya verilən zaman istənilən sənədlər siyahısından da çıxarılmalıdır.", -deyib.
İqtisadçının fikrincə, nəqliyyat vasitələrinin dəyərinin hesablanma qaydası da anlaşılmazdır:
"Təhvil aktında eyni zamanda nəqliyyat vasitəsinin dəyərinin də qeyd olunmasına ehtiyac var. Layihədə bu dəyərin necə hesablanması da qaranlıq məsələdir.
Layihəyə əsasən, sənəd 3 il müddətinə verilir. Bu uzun müddətdir, məqsəd parkın yeniləşməsi olduğu üçün müddətə baxıla bilər. Layihədə qeyd olunur ki, “Adsızdır və başqa şəxs tərəfindən istifdə oluna bilər”. Həmin sənəd itsə və başqa şəxs tərəfindən istifadə olunsa, nəzarət necə olur bəlli deyil və bununla bağlı mexanizmlərin qanunda əks olunması məqsədəuyğundur.
Layihədə qeyd olunur: “tətbiq edilən güzəşt məbləği alınan maşının dəyərindən çox olduqda artıq vəsait nəqliyyat vasitələrinin satıcılarına ödənilmir”. Amma həmin vəsaitin kimə ödənilməsi layihədə qeyd olunmur.
“Təsdiqedici sənədlər üzrə məlumatların verilməsi” maddəsində isə illik məlumatlandırmanı rüblük məlumatlandırma ilə əvəz etmək lazımdır. İndi inkişaf etmiş ölkələrdə,  hətta aylıq məlumatlandırmadan istifadə olunur", - o, qeyd edib.
İqtisadçının layihəni ətraflı araşdırmasından və şərh etməsindən belə görünür ki, layihə natamam hazırlanıb... 
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN