booked.net booked.net  

Bu gün aktual mövzulardan biri də vətəndaşların öz pullarını qoruması ilə bağlıdır. Bunun üçün isə həm etibarlı valyuta növü, həm də bank lazımdır...

Qərb ölkələrinin valyutasının bu gün "çox təhlükəli" ola biləcəyi,  pulun avro və ya dollarda saxlanmasının arzuolunmaz olduğu bildırilir.

Belə bir fikri VTB-nin rəhbəri dilə gətirib.

O, rusiyalılara əmanətlərini hansı valyutada saxlamağın daha sərfəli olduğunu tövsiyə edib.

 Belə ki,  “Vesti Nedeli”nin sualını cavablandıran VTB rəhbəri  Andrey Kostinin fikrincə, Rusiya rublu etibarlı valyuta növüdür.

 “Bu gün (əmanətləri) Qərb valyutalarında saxlamaq çox təhlükəlidir və banklar artıq bu valyutanı qəbul etmir, ona görə də hesab edirəm ki, onu rublla saxlamaq mümkündür", - deyə o rublun etibarlı olması barədə müsbət rəy verib. 

Bankir onu da diqqətə çatdırıb ki, Rusiyanın xarici ticarəti də tədricən rubla keçir...

Xatırladaq ki, iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bu günlərdə verdiyi açıqlamada qonşu Türkiyədə lirənin və Rusiyada rublun dollara nisbətən dəyər itirməkdə olduğunu bildirmişdi.

"Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür", - deyib.

 İqtisadçı ekspert yenə də diqqətə çatdırıb ki, Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib və Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır.

JASMİN

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN