Bu gün Moskva birjasında hərracların başlanğıcında rublun məzənnəsi üç dünya valyutasına qarşı davamlı olaraq artmağa başlayıb.
TEZADLAR.AZ xəbər verir ki, dollar 95 rublu saxlamağa çalışsa da, alınmayıb və Amerika valyutası avqustun 25-dən bəri ilk dəfə olaraq 69 qəpik dəyər itirərək 94,39 rubla düşüb.
Moskva birjasının məlumatına görə, hərraclar zamanı avronun da məzənnəsi iyulun 28-dən bəri ilk dəfə olaraq 100 rubldan aşağı düşüb, lakin sonradan enişi bir qədər bərpa edib və hazırda 101,65 rubla satılır.
Çin yuanı isə əvvəlcə 0,1 qəpik bahalaşaraq 13,02 rubla bərabər olsa da, sonradan bir anda 10 qəpik itirərək, hazırda 12,92 rubl təşkil edir.
JASMİN