Səudiyyə Ərəbistanı nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində kimya, energetika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və infrastrukturun inkişafı sahəsində 12 milyard dollar dəyərində layihələrə dair sazişlər imzalanıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 27-də Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Özbəkistan Respublikasının başçısı son illərdə qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişafını, qarşılıqlı ticarət göstəricilərinin və Səudiyyə Ərəbistanının Özbəkistan iqtisadiyyatına, ilk növbədə, “yaşıl” enerji sahəsinə birbaşa investisiyalarının həcminin və birbaşa uçuşların tezliyinin artdığını qeyd edib.
Məlumatda qeyd edilir ki, Səudiyyə Ərəbistanı nümayəndə heyətinin hazırkı səfəri çərçivəsində kimya, enerji, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və infrastrukturun inkişafı sahələrində 12 milyard dollarlıq layihələrin həyata keçirilməsinə dair sazişlər imzalanıb.
Özbəkistanda yaşıl enerjinin inkişafında ən böyük investor və strateji tərəfdaş olan ACWA Power şirkəti ilə əməkdaşlıq xüsusi vurğulanıb. Hazırda şirkət Özbəkistanda 7,5 milyard dollarlıq layihələr həyata keçirir.
Qeyd edək ki, Xalid əl-Falihin Özbəkistanın “Dustlik” ordeni ilə də təltif edilməsi mərasimi də keçirilib.
JASMİN