Azərbaycan regionda ən aşağı ezamiyyə tarifləri tətbiq edən ölkələrdəndir. Belə ki, son ölkəmizdə 5 ildə ezamiyyə xərcləri artırılmayıb.

Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov fikirlərini bölüşüb.

O, vurğulayıb ki,  Nazirlər Kabinetinin 5 il öncə, yəni 2018-ci ildə qəbul etdiyi “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına əsasən 1 günlük norma Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, digər şəhər və rayonlarda isə 65 manat təyin olunub.

Bayramov diqqətə çatdırıb ki, hazırda həmin qanunda qeyd edilmiş ezamiyyə xərcləri ilə nə paytaxta, nə də bölgələrə səfər etmək – qidalanmaq, gecələmək... qeyri mümkündür. Həmçinin əlavə edib ki, xarici ölkələrə də nəzərdə tutulan ezamiyyə xərcləri xeyli aşağıdır və uzun müddətdir ki, həmin tariflər artırılmır.

“Ötən illərdə illik inflyasiya səviyyəsinə nəzərə alsaq, bu xərclərin necə dəyişdiyini təsəvvür etmək çətin olmaz. Aydındır ki, 1 günlük hotel və qida xərclərini Bakıda 90 manata, rayonlarda 65 manata qarşılamaq qeyri-mümkündür. Oxşar mənzərə Gəncə, Sumqayıt və Naxçıvana da aiddir.

Xarici ezamiyyələr üçün müəyyənləşdirilmiş tariflər də kifayət qədər aşağıdır. O tariflər, praktik olaraq, xərclərin tam ödənilməsinə imkan vermir. Daxildə olduğu kimi xarici səfərlər zamanı müəyyənləşdirilən tariflər uzun müddətdir ki, dəyişdirilmir”, - deyə bildirib.

 İqtisadçı-ekspert son illərin inflyasiya dərəcəsinin yüksəlişini də xatırladaraq, həmin tariflərin real qiymətlərlə adekvat olmadığını da qeyd edib.

Vüqar Bayramovun sözlərinə görə, bu baxımdan, xərclərin qiymətləndirilməsinə yenidən baxılmalıdır.

 “Hətta son 2 ildəki yüksək inflyasiyanın qeydə alındığını nəzərə alsaq, bu tariflərin real xərclərdən uzaq olduğunu müəyyənləşdirmək çətin olmaz. Bu kontekstdən, son illərdəki qiymət artımına nəzər saldıqda hazırkı ezamiyyə xərcləri kifayət qədər aşağı hesab olunur.

Bu baxımdan, ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var. Həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərclərinin artırılması məsələsi yenidən gündəmə gətirilməsi və yeni tariflərin müəyyənləşdirilməsi çox vacibdir”, - o, sonda qeyd edib.

 Qeyd edək ki, ezamiyyə xərcləri ilə bağlı məsələ jurnalistlərin də “yaralı yeridir”...

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN