Yeni il yaxınlaşdıqca, Azərbaycanın gömrük- keçid məntəqələrində də Bakının yolları kimi tıxac yaranır...

Balakən istiqamətində baş verənlərdən ötən həftə yazmışdıq. İndi də məlum olur ki, bir neçə gündür “Qırmızı Körpü” gömrük postunda yük maşınlarının kəskin növbəsi yaranıb. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Gürcüstan-Azərbaycan sərhəddində sıxlığın yaranmasına səbəb Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Bütün hallarda, belə bir problemin yaşanması başa düşülən deyil. Problem hər il təkrarlanırsa, deməli, onun baş verməməsi üçün vaxtında qabaqlayıcı tədbirlər görülməlidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN