Cari ildə Başqırdıstandan Azərbaycana 490 ton həcmində yeddi partiya buğda ixrac edilib.

 TEZADLAR.AZ xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, ümumilikdə cari ilin yanvar-sentyabr aylarında Başqırdıstandan taxıl və törəmə məhsulların ixracı 342,8 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Bunun 106,8 min tonu buğdadır.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 145 milyon 565  min ABŞ dolları dəyərində 493 min 210,21 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 1,8 faiz, həcmi isə 23,1 faiz artıb. Ötən ilin ilk 6 ayında Azərbaycana 142 milyon 965 min dollar dəyərində  400 min 748 ton buğda idxal edilmişdi.

Xatırladaq ki, Azərbaycanın buğda təlabatı təqribən 3,1 - 3,5 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın həcmi isə təxminən 1,9 milyon tondur.

Kənd təsərrüfatı nazirliyinin məlumatına görə, Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8% çoxdur. 2021/2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb.

Lakin hələ ki, Azərbaycan  xaricdən taxıl idxalı asılığından qurtara bilməyib. Lakin işğaldan azad edilmiş ərazilərimizdə kifayət qədər əkinə yararlı torpaq sahələri mövcuddur ki,  ölkənin ərzaq təhlükəsizliyi məsələsinə lazımi töhfəni verəcək.

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN