İndi məhdudiyyətlər gəmi və bir neçə şirkətə də şamil edilir.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, ABŞ tərəfindən anti-Rusiya məhdudiyyətlərinin siyahısı yeni maddələrlə tamamlanıb.
Qurum izah edib ki, siyahının yenilənməsi Amerikanın tərəfdaşları tərəfindən həyata keçirilən Rusiya neftinin qiymətlərini məhdudlaşdıran tədbirlərlə bağlıdır.
İndi məhdudiyyətlər Rusiyanın SANAR-15 tankerinə və onun operatoru SUN Ship Management (Sovcomflot-un törəməsi) üçün tətbiq edilir.
Bundan başqa, onların sırasına Vaşinqtonun fikrincə, Rusiya neftini nəql edən şirkətlər də daxildir. Onlar Honq Konq və BƏƏ-də yerləşirlər.
Y.Məmmədli