booked.netbooked.net booked.net  

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır.

Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

 O, diqqətə çatdırıb ki, müəyyən yoxlamalar istisna olunmaqla digər bütün yoxlamalar 2024-cü ildə də dayandırılacaq.

İqtisadçı-ekspert yoxlamaların aparılacağı sahələrin həm adlarını, həm də həmin yoxlamaların nə məqsədlə aparıldığını da  açıqlayıb.

 “Bu müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər”, - o deyib.

 Vüqar Bayramov daha vacib bir məqamı da diqqətə çatdırıb:

 

“Digər mühüm məqam qanunvericiliyə daha öncə ediləm dəyişikliklərə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yəni yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək”, - deyə izah edib.

Xatırladaq ki, bəhs edilən qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.

 

Y.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN