booked.netbooked.net booked.net  

 Mən Cəbrayıl rayonunda fərdi sahibkar kimi tikinti materiallarının topdansatışı ilə məşğulam. Sabirabad rayonunda fəaliyyət göstərən vergi ödəyicisinə elektron qaimə-faktura təqdim edilməklə satdığım tikinti mallarına görə mənə vergi azadolması tətbiq edilirmi? 

TEZADLAR.AZ xəbər verir ki, suala cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad olunmuş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.

Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad olunmuş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları onlara şamil edilmir.

Buna əsasən, tərəfinizdən işğaldan azad olunmuş ərazilərdən kənarda fəaliyyət göstərən vergi ödəyicisinə təqdim edilən mallara görə sizə vergi azadolması tətbiq olunmur.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN