Türkiyənin ixracatı keçən il ilə müqayisədə 0,6 faiz artaraq 2023-cü ildə 255 milyard 777 milyon dollara, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollara çatıb.

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi və Türkiyə Statistika İdarəsi ilə əməkdaşlıq çərçivəsində yaradılan keçən ilin dekabr ayı və bütün 2023-cü il üzrə müvəqqəti xarici ticarət məlumatları açıqlanıb.

Buna görə Ümumi Ticarət Sistemi (GTS) çərçivəsində ixrac 2023-cü ilin dekabr ayında keçən ilin müvafiq ayı ilə müqayisədə 0,4 faiz artaraq 23 milyard dollar, idxal isə 11 faiz azalaraq 29 milyard 39 milyon dollar olub.

Xarici ticarət kəsiri 2023-cü ilin dekabr ayında illik səviyyədə 37,8 faiz azalaraq 9 milyard 713 milyon dollardan 6 milyard 39 milyon dollara düşüb.

İxrac-idxalın əhatə dairəsi 2022-ci ilin dekabr ayında 70,2 faiz təşkil edərkən, keçən ay 79,2  faiz olaraq qeyd edilib.

2023-cü ildə ixrac  keçən il ilə müqaysiədə 0,6 faiz artaraq 255 milyard 777 milyon dollara çatarkən, idxal 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollara düşüb.

Xarici ticarət kəsiri keçən il 3,2 faiz azalaraq 105 milyard 997 milyon dollara çatıb.

İxrac-idxalın əhatə dairəsi 2022-ci ildəki 69,9 faizdən ötən il 70,7 faizə yüksəlib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN