2023-cü ildə ölkədən 60 milyon ədəd yumurta ixrac edilib. 2024-cü ildə isə bu rəqəmin 100 milyona çatacağı gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyindən TEZADLAR.AZ-a verilən məlumata görə, bu barədə “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovla keçirilən görüşdə deyib.

Bildirilib ki, hazırda Azərbaycandan yumurta məhsulları Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur, eləcə də Avropa ölkələrinə ixrac barədə razılaşmalar mövcuddur.

Görüşdə quşçuluq sığortası ilə bağlı aktual risklərin dəqiqləşdirilməsi, beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi, bu sahədə sığorta xidmətlərinin təqdim edilməsi üçün müxtəlif sığorta zərflərinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib və belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.

Qeyd edək ki, hazırda ölkənin quşçuluq və broyler təsərrüfatlarında 40 min nəfərə yaxın işçi çalışır. Ölkədə gündə 4-4,5 milyon ədəd, ümumilikdə ildə 2 milyard ədədə yaxın yumurta istehsal edilir. İstehsal olunan yumurtanın bir hissəsi xarici ölkələrə ixrac edilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN