Sudanda davam edən böhran onun əhalisini və qonşu Cənubi Sudan və Çaddakı milyonlarla insanı dünyanın ən böyük aclığı ilə təhdid edir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn xəbərdarlıq edib.

“Sudan, Cənubi Sudan və Çadda 25 milyondan çox insan sürətlə pisləşən ərzaq təhlükəsizliyi vəziyyəti ilə üzləşir” ,- deyə Xinxua agentliyi onun sözlərindən sitat gətirib.

“Mən hərbi əməliyyatları dayandırmaq üçün israrla müraciət edirəm - humanitar təşkilatlar insanların həyatını xilas etmək üçün öz işlərini görsünlər”.

ÜƏP  döyüşlər və təhlükəsizlik səbəbindən Sudan xalqına çox ehtiyacı olan ərzaq yardımı göstərə bilmədiyini söyləyib.

  Səbəblərdən biri Sudan hakimiyyətinin Çad və Cənubi Sudan sərhədindən ölkəyə yardım göndərilməsini qadağan etməsidir.

  Eyni zamanda, Sudandan Çad və Cənubi Sudan üçün qaçanların sayı getdikcə artır, lakin bu ölkələrin onlar üçün kifayət qədər humanitar yardımı yoxdur.

Belə ki, son 10 ayda Sudandan Cənubi Sudana 600 mindən çox qaçqın gəlib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN