Nazirlər Kabineti ezamiyyə xərclərinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Artıq yeni, artırılmış normalar qüvvəyə minib. Qeyd edək ki, normaların artırılması ilə bağlı təkliflər mütəmadi olaraq müzakirələrdə təqdim olunurdu.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O, diqqətə çatdırıb ki, indi Bakı şəhərinə ezamiyyə xərcləri əvvəlki illərdəki normadan 35 manat artırılaraq 125 manata çatdırılıb.

Xarici səfərlər zamanı da ezamiyyə xərcləri artırılıb: belə ki, Nyu York şəhərinə gedənlərə 450 dollar, İsveçrəyə üz tutmalı olanlara isə 330 avro ödəniləcək.     

"Qərara əsasən, ezamiyyə norması Bakı şəhərində 125 manat (əvvəl 90 manat), Gəncə, Sumqayıt şəhərlərində 95 manat (əvvəl 70 manat), respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manat (əvvəl 65 manat), Naxçıvan şəhərində isə 100 manat (əvvəl 70 manat) müəyyənləşib.

Xarici səfərlər zamanı dollar ifadəsində ən yüksək Nyu York şəhərində (450 dollar), avro ekvivalentində isə İsveçrənin Bern, Cenevrə və Sürix şəhərlərində (330 avro) ödəniləcək. 5 ildən çox müddət idi ki, Azərbaycanda ezamiyyə xərc normaları dəyişdirilmirdi. Bu müddətdə həm ölkə daxilində, həm də xaricdə xüsusən də 2022 və 2023-cü illərdə yüksək inflyasiya qeydə alınmışdı. Bu baxımdan, belə bir qərarın qəbuluna ehtiyac var idi",- deyə deputat qeyd edib.

Lakin iqtisadçı vurğulayıb ki, bu normalar illik inflyasiya göstəricisinə indeksləşdirilərək artırılsaydı, reallığı əks etdirmiş olardı və  beləliklə, ezamiyyətə gedən vətəndaşlar da əlavə xərcə düşməzdilər:

"Bununla yanaşı, ezamiyyə normalarının illik inflyasiya göstəricisinə indeksləşdirilərək artırılması daha məqsədəuyğun olardı. Bu normaların reallığının qorunub saxlanmasına imkan yaratmaqla ezamiyyə gedən vətəndaşlar üçün əlavə xərcləmələrin yaranmasnın qarşısını alardı".

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN