Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar bayramov sosial medi hesabında məlumat verib.
Deputat diqqətə çatdırıb ki, sabah həmin layihə MM-nin Plenar islasında qəbul olunacaq, hansı ki, bu, iki qardaş ölkə arasındakı ticarət dövriyyəsinin daha da artmasına kömək etmiş olacaq.
"Milli Məclisin profil komitələrində müzakirə edilən bu layihənin sabah plenar iclasda qəbul olunacağı gözlənilir. 2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 faiz artaraq 7.6 milyard dollara çatıb. Yeni anlaşma qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından vacib hesab edilir. Ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəflənir.
Bütövlükdə, son dövrlər imzalanan anlaşmalar iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə müsbət təsir göstərir. Azərbaycanın qeyri-neft ixracatının 25 faizi məhz qardaş dövlətin payına düşür. Türkiyə həm ümumi ticarət dövriyyəsində, həm də qeyri-enerji ixracatında Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır", - o qeyd edib.
İqtisadçı onu da nəzərə çatdırıb ki, vergitiutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən malların qiymətinə də müsbət mənada təsir edə bilər.
"İkiqat vergitutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər. Türkiyədən illik idxalımızın həcmi 2 milyard 291 milyon dollardır. İdxalında strukturunda yüngül sənaye, xüsusən də geyim məhsulları və qida malları xüsusi paya malikdir. Bu kontekstdən, yaxın dövrlərdə Azərbaycanda Türkiyədən gətirilən malların ucuzulaşması mümkün ola bilər. İqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır", - Vüqar Bayramov bildirib.
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN