Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran şəhəri, 18-ci məhəllə, dalan 2/1 ünvanında fəaliyyət göstərən “Refem” marketdə planlı yoxlama keçirilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Belə ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə yararlılıq müddəti bitmiş, eyni zamanda etiket məlumatlarında uyğunsuzluqlar olan müxtəlif növ qida məhsullarının satışının həyata keçirildiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qarşısı alınıb və məhv edilməsinə dair qərar qəbul olunub.