Avropada birja ticarəti zamanı qazın qiyməti 1 min kubmetr üçün 400 dolları ötüb.

TEZADLAR.AZ xəbər verir ki, Londonun ICE birjasının məlumatlarına görə, bu, 27 dekabr 2023-cü ildən bəri ilk dəfə baş verib. Günün əvvəlindən ümumi qiymət artımı təxminən 4% təşkil edir.

Hollandiyanın TTF qovşağında iyun fyuçerslərinin qiyməti 1 min kubmetr üçün təxminən 401 dollara qalxıb.

May ayında Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı cəmi 14% təşkil edir ki, bu da 2023-cü ilin sentyabrından bəri ən aşağı göstəricidir. Bundan əlavə, Norveçdə qaz obyektlərində aparılan təmir işləri olub ki, bu da qazın qiymətinə əlavə təzyiq göstərir.

Məlumata görə, İran prezidenti İbrahim Rəisinin ölüm xəbərindən sonra Avropada qazın qiyməti tədricən artmağa başlayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN