Azərbaycanda yeni yaradılan iş yerlərinin böyük hissəsini mümkün qədər azad olunmuş ərazilərə yönəltmək planlaşdırılır.

TEZADLAR.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda Şuşada keçirilən tədbirdə deyib.

Yeni iş yerlərinin yaradılmasının prioritet məsələlərindən olduğunu deyən nazir, son illər ərzində özəl sektorda bu istiqamətdə yüksək dinamika ilə bağlı məmnunluq hissi keçirdiyini qeyd edib. M.Cabbarov vurğulayıb ki, qeyri-neft özəl sektorda ildə orta hesabla 75 min yeni iş yeri yaradılır: “İldə təxminən 20-25 min insanın pensiyaya çıxmasını nəzərə alsaq, demək olar ki, əmək bazarına ildə 90-95 min civarında yeni işçi qüvvəsi cəlb edilir”

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN