İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) bp-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi ‘"Böyük Qayıdış"a dəstək: öz evlərinə qayıdan məcburi köçkünlərin iş və biznes imkanlarının artırılması’ proqramının icrasında başlayıb. TEZADLAR.AZ xəbər verir ki, bu barədə deputat, iqtisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında məlumat verib.
"Kürdəmir rayonu Xırdapay ərazisində yerləşən qəsəbədə məcburi köçkünlər layihə ilə tanış olması, qeydiyyatı və gözləntilərini dilə gətirdikləri sessiya keçirilib.
Proqramın icrası nəticəsində 25 məcburi köçkün Kürdəmir peşə liseyinin dəstəyi ilə xüsusi və intensiv proqramla peşə təhsilində, ekspertlərin iştirakı ilə biznes təlimlərində iştirak edəcək və sahibkarlıqla məşğul olmaq istəyənlərə isə biznes plan tərtib etməkdə dəstək olunacaqdır.
Peşə təlimlərinin təşkilinə bu ilin oktyabr ayında start veriləcək. Daha sonra iştirakçıların Özünüməşğulluq Proqramına müraciət və iştirakına texniki dəstək də veriləcək", - deyə qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN