Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 364,465 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 3,1 dəfə azalma deməkdir.

TEZADLAR.AZ xəbər verir ki,  Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 – 01.08.2024 tarixinə) 113,878 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalma deməkdir (ARDNF).

Xatırladaq ki, ötən il ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 308 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır. Fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.01.2024 tarixinə) 324,396 mln. ABŞ dolları olub, bu da isə 1,3% azalma deməkdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN