Azərbaycanın ən böyük sutəmizləyici şirkəti olan “Aqualink” MMC ölkədə içməli, dəniz və tullantı sularını təmizləyən avadanlıqların istehsalını təşkil etməyi planlaşdırır.

TEZADLAR.AZ xəbər verir ki, bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına MMC-nin Satış şöbəsinin müdiri Zaur Əmirov deyib.

Z.Əmirovun sözlərinə görə, hazırda bu avadanlıqlar Azərbaycana idxal edilir. “Aqualink”in müvafiq istehsalın təşkili üçün lazımi kadr potensialı və texniki imkanları var: “Azərbaycan bazarı kiçikdir. Əgər biz böyük bazar axtarırıqsa, onda məhsullarımızı ixrac da etməliyik. Bizə yaxın olan ixrac ölkələri Gürcüstan və Orta Asiya dövlətləri ola bilər”.

“Aqualink” nümayəndəsi qeyd edib ki, 2010-cu ildə təsis edilən şirkət hazırda bütün növ suların təmizlənməsini həyata keçirir. MMC-nin əsas fəaliyyət istiqaməti içməli suyun təmizlənərək tələb olunan normalar həddinə çatdırılmasıdır. Digər istiqamətlər tullantı sularının təkrar təmizlənməsi və onun texniki su kimi istifadəsinin, eyni zamanda, dəniz suyunun təmizlənərək içməli su kimi istifadəsinin təmin edilməsidir.

Qeyd edək ki, hazırda şirkət suyun təmizlənməsində istifadə edilən kimyəvi məhsulların idxalı və onların az miqdarda istehsalı ilə də məşğuldur

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN