“Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” ASC 2020-ci ili 407 min manat zərərlə başa vurub. Halbuki, zavod 2019-cu ildən 87 min manat mənfəətlə çıxmışdı.

Ötən il səhmdar cəmiyyəti 738 min manat gəlir əldə edib. Bu isə əvvəlki illə müqayisədə 2,1 dəfə azdır. Hesabat dövründə qurumun xərcləri isə 21 % azalaraq 1,145 milyon manata düşüb.

Bu il yanvarın 1-nə “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu”nun aktivləri 18,498 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,2 % azdır. O cümlədən zavodun öhdəlikləri 0,7 % azalaraq 5,776 milyon manata düşüb, balans kapitalı isə dəyişməyərək 12,723 milyon manat olub.

Xatırladaq ki, “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” kommersiya qurumu kimi 1926-cı ildən fəaliyyət göstərən eyni adlı sənaye müəssisənin bazasında 2001-ci ildə yaradılıb. Məşhur zavodun nizamnamə kapitalı 11,855 milyon manatdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN