Yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 faiz olub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində yazıb.
"Yanvar - avqust aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 19 235,4 mln. kVt·st, ixracı 858,9 mln. kVt·st, idxalı 125,5 mln. kVt·st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2771.8 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 faiz olub", - nazir bildirib.