Gürcüstanın Rusiyadan təbii qaz idxalı bu ilin ilk üç rübündə 90,1 milyon dollara yüksəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Əldə edilən məlumata görə, yanvar-sentyabr aylarında Gürcüstanın Rusiyadan aldığı ümumi təbii qaz 90,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çoxdur.

Bundan əlavə, sentyabrın sonunda alışlar 589,8 min dollar təşkil edib - bir ay əvvəlkindən 1,7 dəfə az, lakin 2023-cü ilin sentyabr ayı ilə müqayisədə üçdə bir çoxdur. Ümumilikdə Gürcüstan ötən il Rusiyadan 110,3 milyon dollar dəyərində təbii qaz alıb.

Daha əvvəl bildirilmişdi ki, 2024-cü ildə Macarıstan “Türk axını” boru kəməri ilə Rusiyadan rekord həcmdə 6,2 milyard kubmetr təbii qaz alıb. Əldə edilən nəticə illik əsasda ən böyük nəticə idi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN