Füzuli rayonunun Horadiz və Ağdam rayonunun Quzanlı qəsəbələrində İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş idarəsinin yerli bölmələri açılıb.

Tezadlar.az xəbər verir ki, açılışlarda aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Sahibkarlara yeni açılan bölmələrin fəaliyyət istiqamətləri və vergi ödəyicilərinə göstəriləcək xidmətlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, yeni bölmələr vergi ödəyicilərinə işğaldan azad edilmiş ərazilərdə səmərəli xidmətlərin göstərilməsinə və sahibkarlıq fəaliyyətinin təşviqinə töhfə verəcək.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN