Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalında artım müşahidə olunub.

 Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 113 282,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

TEZADLAR.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri-neft-qaz sektorunda isə 6,4 faiz artıb.

ÜDM istehsalının 37,1 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 11104,2 manata bərabər olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına  əsasən, 2023-cü ildə ölkədə 123,0 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artmışdır.

ÜDM istehsalının 40,5 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 12114,5 manata bərabər olmuşdur.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN