Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa olunub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Telli Səmədova "Təzadlar"a bildirib ki, Lək kəndi ərazisində torpaq qatının yarılması nəticəsində yaranan problem tam aradan qaldırılıb. Suvarma kanalında canlı qüvvə və ağır texnika vasitəsilə aparılan təmir-bərpa işləri başa çatdırılıb, təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, kanal dağıntısı zamanı yaranmış problem ətraf ərazilərdə heç bir fəsat yaratmayıb. Problem Agentlik mütəxəssislərinin nəzarətindədir.
Y.Məmmədli