Azərbaycan Mərkəzi Bankı Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində “Risk əsaslı nəzarətin tətbiqi üzrə yeni Siyasət Konsepsiyası”nı (https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf)” təsdiq edib.

TEZADLAR.AZ Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki,  bu Konsepsiya maliyyə sektorunda mütərəqqi beynəlxalq təcrübəyə uyğun effektiv nəzarət sisteminin qurulmasına və nəticədə maliyyə sektorunda sistem riskinin minimallaşdırılmasına xidmət edir. Bununla yanaşı, Konsepsiya sənədi yerli və beynəlxalq ictimaiyyətlə Mərkəzi Bankın yeni nəzarət yanaşması ilə bağlı kommunikasiyanı təmin edəcək.

Konsepsiyaya əsasən formalaşdırılmış ARAS (Azerbaijan Risk Assessment System - Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) adlandırılan risk əsaslı nəzarət yanaşması özündə nəzarət subyektlərinin fəaliyyətləri ilə bağlı risklərin erkən aşkarlanmasını, onların və risk idarəetməsi proseslərinin qiymətləndirilməsini, habelə risklərə uyğun proporsional və preventiv nəzarət rejiminin tətbiqini ehtiva edir.

Sözügedən sənəd risk əsaslı nəzarət dövrünü konseptual şəkildə ehtiva etməklə yanaşı, risk əsaslı nəzarətin təşkilati quruluşunu, o cümlədən Nəzarət Komitəsinin, habelə digər strukturların funksiyalarını müəyyən edir. Nəzarət Komitəsi nəzarət təlimatlarının təsdiqi, əsaslandırılmış mülahizənin formalaşdırılması, nəzarət təcrübələrinin nəzərdən keçirilməsi, illik nəzarət planları və nəzarət prioritetləri layihəsinin İdarə Heyətinə təqdim edilməsi kimi funksiyaları icra edəcək.

Konsepsiya eyni zamanda Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş aşağıdakı hədəflərə nail olunmasına dəstək verəcək:

- Banklara kapital və likvidlik tələblərinin “Bazel III” standartlarına uyğunlaşdırılması;

- Sığorta sektorunda “Solvency II” standartlarının tətbiqi;

- Kapital bazarında “IOSCO” prinsiplərinin implementasiyası;

- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə və bazar davranışlarına nəzarətin təkmilləşməsi.

Konsepsiyanın tətbiqi nəzarət texnologiyaları (SupTech) və qətnamə çərçivəsinin təkmilləşməsi ilə dəstəklənəcək.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN