2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 60 şirkət azdır.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 315 milyon 345 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 453 milyon 560 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Həmçinin qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (156) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 127 milyon 515 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 94 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN